DƏHŞƏT: Ankaradakı terrorda bir ailədən 18 nəfər ölüb

DƏHŞƏT: Ankaradakı terrorda bir ailədən 18 nəfər ölüb backend

Oktyabrın 10-da Ankarada törədilmiş dəhşətli terror aktı nəticəsində həlak olanlardan 18-nin yaxın qohum olduğu məlum olub. Lent.az xəbər verir ki, Ankarada Patoloji Anatomiya Bürosunun qarşısında yaxınlarını axtaran 26 yaşlı Hülya Ünalın 18 qohumunun məlum hadisədə öldüyü üzə çıxıb. Bəlli olub ki, avtobusla Siirtdən paytaxta gələn qohumların hamısı həmkarlar təşkilatlarının üzvü olub.

Şəxsiyyəti müəyyənləşdirilmiş meyitlərdən 15-i artıq Hülya Ünalın ailəsinə təhvil verilib və dəfn edilməsi üçün doğma yurdlarına göndərilib. Daha 3 nəfərin qalıqlarının analizi isə davam edir.

Məlum hadisə vaxtı H.Ünal da “Gənclik” meydanında olub. Aksiyada iştiraka qatılan fəal deyib ki, ilk dəfə azyaşlı oğlunu özü ilə bir tədbirə aparmayıb və bu olay baş verib
Diaspora