Amerikalı senator Lindsey Qraham müdafiə xərclərini ÜDM-in ən azı 2%-nə çatdırmaq tələblərinə əməl etməkdən imtina edən ölkələrin NATO-dan çıxarılmasını təklif edib.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, onun sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp da eyni fikirdədir.
Alyans üzvləri müvafiq öhdəlikləri hələ 2022-ci ildə Madriddə keçirilən sammitdə təsdiqləyiblər. Lakin bu gün NATO-nun 30 ölkəsindən yalnız 11-i onları həyata keçirir. Onların arasında ÜDM-in 3,9%-ni müdafiəyə yatıran Polşa liderlik edir. İkinci yerdə ABŞ (3,49%), ilk üçlüyü isə Yunanıstan (3%) qapayır. Bu tələbə əməl etməyənlər arasında Fransa və Almaniya da var.
QAZİLER.AZ siyahını təqdim edir: