Husilərin Ənsar Allah hərəkatının adı açıqlanmayan sözçüsü Ədən körfəzində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki gəmiyə hücumu təsdiqləyib.
Qaziler.az xəbər verir ki, müvafiq məlumatı “Al Masirah” portalı yayıb.
Məlumatda Amerikanın “Sea Champion” və “Navis Fortuna” gəmilərinin hücuma məruz qaldığı bildirilir.
Husilər həmçinin onların hücumları nəticəsində Britaniya gəmisinin batdığını iddia ediblər.
Bundan əvvəl Böyük Britaniya Dəniz Ticarət Əməliyyatlarının Koordinasiya Mərkəzi Ədən körfəzində Britaniya gəmisinə raket hücumu edildiyini bildirmişdi.
Xatırladaq ki, Qəzza zolağında İsrail və HƏMAS arasında müharibə fonunda, Yəmənin husi üsyançıları 2023-cü ilin oktyabr ayının əvvəlində Qırmızı dənizdə ticarət və hərbi gəmilərə hücum etməyə başlayıblar. Onlar bu məqsədlər üçün pilotsuz təyyarə və raketlərdən istifadə edirlər.
QAZİLER.AZ