İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Fələstin-İsrail münaqişəsinin nəticəsindən asılı olmayaraq, ölkə İordan çayının qərb sahili və Qəzza zolağı üzərində güclü nəzarəti saxlayacaq.
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bəyanat Netanyahu ofisinin “YouTube” kanalında dərc olunub.
“İstənilən halda, daimi məskunlaşma olsun və ya olmasın, İsrail İordaniyanın qərbindəki bütün ərazilər üzərində tam təhlükəsizlik nəzarətini saxlayacaq”, - deyə İsrailin baş naziri vurğulayıb.
Bu ərazilər arasında siyasətçi İordaniyanın İordan çayının qərb sahilini (Yudeya və Samariya) və Qəzza zolağını müəyyən edib.
QAZİLER.AZ