Ekvador hakimiyyəti tələbləri pozan beş banan ixracatçısına qarşı tədbir görüb.
Qaziler.az bildirir ki, bu barədə TASS Rospotrebnadzorun mətbuat xidmətinə istinadən xəbər verir.
“Fitosanitar yoxlamaların sayı artırılıb, plantasiyalardan bananların yüklənməsi üçün xüsusi karantin zonası yaradılıb”, - deyə idarədən bildirilib.
Fevralın 2-də Rosselxoznadzor Ekvadordan təhlükəli banan tədarükünü dayandırmağı tələb edib. Agentliyin məlumatına görə, Ekvadordan gələn bananlarda təhlükəli karantin obyekti – kütləvi şəkildə polifaq donqar milçək aşkar edilib.
Bundan sonra Hindistan Rusiyaya banan tədarük etməyə başlayıb.
Fevralın 16-da Rosselxoznadzor Ekvadordan olan beş şirkətə Rusiya Federasiyasına yenidən banan idxal etməyə icazə verib.
QAZİLER.AZ