Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, ölkə Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketini blok etməyəcək.
Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, o bu barədə “M1” kanalında müsahibəsində deyib.
Onun sözlərinə görə, növbəti anti-Rusiya tədbirlərinin hazırlanması mərhələsində Budapeştin maraqlarına zidd olan məqamları istisna etmək mümkün olub.
“Qarşıdan gələn 13-cü sanksiyalar paketinə gəlincə, deyə bilərəm ki, hazırlıq zamanı Macarıstanın maraqlarına xələl gətirəcək bütün hissələri çıxarmaq mümkün idi. Ona görə də veto qoymağın mənası yoxdur” - deyə Siyarto izah edib.
Macarıstanın xarici işlər naziri qeyd edib ki, sanksiya tədbirləri, onun fikrincə, Rusiyadan çox Avropa İttifaqının özünə zərər vurub. Siyartonun sözlərinə görə, məhdudiyyətlərə baxmayaraq, Rusiya qazı və nefti hələ də Avropaya axır, yalnız indi enerji üçüncü ölkələrdən gəlir və daha bahalıdır.
QAZİLER.AZ