Avdeyevkaya nəzarəti ələ keçirmək tapşırığını yerinə yetirən Rusiya ordusu eyni vaxtda bölgənin daha bir neçə kəndini işğal edib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Çeçenistan lideri Ramzan Kadırov bildirib. O, Avdeyevka üzərində tam nəzarətin vacibliyini qeyd edərək, oradan Donbassda dinc sakinlərə atəş açıldığını vurğulayıb.
“Avdeyevkadan Donbassda dinc əhaliyə atəş açıblar. Bu bizim üçün çox vacib idi. Təkcə Avdeyevka yox, bir neçə kənd də götürülüb. Ələ keçirdiyimiz hər bir santimetr torpaq bizim üçün çox vacibdir”, - Kadırov Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə görüşdən sonra jurnalistlərlə söhbətində deyib.
QAZİLER.AZ