Rusiya Qətərin vasitəçiliyi ilə 11 uşağı Ukrayna tərəfinə təhvil verib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu uşaq hüquqları üzrə komissar Mariya Lvova-Belova bildirib. Onun sözlərinə görə, bu, indiyədək ən böyük qrupdur.
Ailələrlə görüş Qətərin Moskvadakı səfirliyində Lvova-Belova və səfir Əhməd bin Nasser bin Casim Al Taninin iştirakı ilə baş tutub.
“Bu gün hər birinin öz hekayəsi olan 11 uşaq - ən böyük qrupdur. Aralarında sağlamlıq imkanları məhdud olan 2 uşaq var. Prosesin təşkilinə görə Qətər səfirliyinə və şəxsən sizə dərin minnətdarlığımı bildirmək istəyirəm”, - Lvova-Belova deyib.
Səfir Qətərin hər zaman uşaqların hüquqlarını qoruduğunu qeyd edərək, gördüyü işlərə və köməyə görə Rusiya tərəfinə təşəkkür edib.
QAZİLER.AZ