Macarıstan Ukraynaya silah verməkdən imtina edib

Macarıstan Ukraynaya silah verməkdən imtina edib backend

Budapeşt Avropa Sülh Fonduna 5 milyard avronun ayrılmasına mane olmayacaq, bir şərtlə ki, onun payı Kiyevi silahla təmin etmək üçün istifadə edilməsin.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər naziri Peter Siyarto bildirib.

Onun sözlərinə görə, hakimiyyət bu vəsaitdən təhlükəsizliyin gücləndirilməsi ilə bağlı başqa məqsədlər üçün istifadə olunmasını istəyir.

“Son həftələrdə aparılan danışıqlar zamanı biz açıq şəkildə bildirdik ki, Ukraynaya silah tədarükünə yönəlmiş hər hansı birgə aksiyada iştirak etməyə hazır deyilik. Hazırda danışıqlar davam edir ki, bizim Ukraynaya silah tədarükünü maliyyələşdirməyə ehtiyacımız olmayacaq, töhfəmiz insanların ölümünə və yaralanmasına sərf edilməsin”, - mesajda deyilib.

QAZİLER.AZ

Diaspora