Eyfel qülləsi işçilərin tətili səbəbindən müvəqqəti olaraq ziyarətçilər üçün bağlanıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, onlar Paris meriyasını paytaxtın əsas abidəsi üçün kifayət qədər maliyyələşdirməməkdə ittiham edirlər. Onların fikrincə, təmir üçün büdcədən çox az vəsait ayrılır. Bu, xidmət keyfiyyətinə təsir göstərə bilər.
Eyfel qülləsi hər il təxminən 6 milyon turisti qəbul edir.
QAZİLER,AZ