Ursula fon der Leyen Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizədliyini yenidən irəli sürəcək

Ursula fon der Leyen Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizədliyini yenidən irəli sürəcək backend

Fevralın 19-da Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ikinci müddətə namizədliyini irəli sürəcəyini açıqlayıb. Almaniyalı keçmiş nazirinin bunun üçün hər cür imkanı var.

Qaziler.az bildirir ki, bu barədə “France 24” telekanalı xəbər verir.

"Bu gün mən şüurlu və dəqiq bir qərar verirəm: ikinci müddətə namizəd olmaq istəyirəm" deyə o, mətbuat konfransında bildirib.

Fon der Leyen üzvü olduğu Almaniyanın mühafizəkar partiyası Xristian Demokrat İttifaqının dəstəyini alıb.

QAZİLER.AZ

Diaspora