Belqraddan Düsseldorfa uçan “Air Serbia” aviaşirkətinə məxsus təyyarə havaya qalxarkən işıqlandırma avadanlığına dəyib, gövdə və qanadını deşib.
Qaziler.az Kazinform-a istinadən bildirir ki, "Embraer E195"-in göyərtəsində 132 sərnişin olub. Onlar yerə endikdən sonra dərhal təxliyə edilib. Ölən və yaralananlar olmayıb.
İlkin versiyaya görə, uçuş uçuş-enmə zolağının natamam uzunluğundan həyata keçirilib və ekipaj yanlış hesablama aparıb, bundan sonra o, işıqlandırma avadanlığına toxunub.
Təyyarə təxminən 60 dəqiqə havada olub.
Təyyarədə olan sərnişinlərdən biri bildirib ki, havaya qalxandan dərhal sonra təyyarə silkələnib.
“Təxminən bir saat havada dövrə vurduq, yəqin ki, yanacaq sərf edib yerə enməyə icazə almaq üçün. Daha sonra təyyarə sağ-salamat Belqrad hava limanına enib. Bizə heç nə demədilər və tez bizi çıxardılar, ancaq qanadın bir hissəsinin qırıldığını gördük”,- deyir.
QAZİLER.AZ