Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Rusiyanın NATO ölkələrinə gözlənilməz hücumu barədə xəbərdarlıq edib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Tagesschau-ya istinadən xəbər verir.
"Bizim NATO-nun gücünü sınamaq niyyətində olan çox aqressiv qonşumuz var. Biz buna hazırlaşmalıyıq. İkinci Perl-Harbor anını gözləyə bilmərik. Hər bir Avropa ölkəsi Rusiyanın həqiqətən hücumuna məruz qalana qədər gözləyə bilmərik - cənubda, şimalda, şərqdə və qərbdə” dedi.
Nazir xatırladıb ki, Yaponiyanın 1941-ci il dekabrın 7-də Havaydakı Perl-Harbordakı ABŞ hərbi dəniz bazasına qəfil hücumu nəticəsində 2000-dən çox insan həlak olub.
Landsberqis qətiyyətlə Qərbin Rusiyanın hücumuna məruz qalan Ukraynaya daha çox hərbi yardım göstərilməsi və xüsusən də uzaq mənzilli “Taurus” qanadlı raketlərinin tədarükünə çağırıb.
"Ukraynaya Rusiyanı məğlub etmək üçün strateji səbəblərə görə “Taurus” lazımdır. Bəli, Almaniyanın Ukraynaya tədarük edə biləcəyi inanılmaz avadanlığı var", - nazir vurğulayıb.
QAZİLER.AZ