Ukraynadakı münaqişə bir nəsil üçün həlledici məqama çevrilib; Qərb ölkələri Kiyevi dəstəkləməkdə qətiyyətli olmalıdır, əks-təqdirdə zəif görünəcəklər.
Qaziler.az bildirir ki, bu barədə fevralın 19-da Estoniya prezidenti Alar Karis məlumat verib.
“Bu, bizim nəsil üçün həlledici məqamdır. Əgər qətiyyət nümayiş etdirməsək, zəif sayılacağıq. Və tarixin göstərdiyi kimi, zəiflik sülhə aparmır”, – Estoniya prezidentinin “Politico” nəşrində dərc olunmuş məqaləsində deyilir.
Eyni zamanda, Karis qeyd edib ki, heç bir Avropa dövləti Rusiyaya təkbaşına müqavimət göstərə bilməyəcək.
Estoniya prezidenti NATO və Avropa İttifaqı (Aİ) üzvlərinin Rusiya Federasiyasına qarşı hibrid müharibə aparması faktını da etiraf edib. Onun fikrincə, Rusiyaya qarşı çıxmaq üçün alyanslarda əməkdaşlığı aktivləşdirmək lazımdır. "Karis qeyd edib ki, müdafiə və sənaye sektorlarına investisiyaların artırılması, həmçinin silahlı qüvvələrin gücləndirilməsi vacibdir", - Gazeta.Ru aydınlıq gətirib.
QAZİLER.AZ