Pekin Rusiyaya öldürücü silah satmır.
QAZILER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq Yi ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşündə deyib.
"Çin heç bir halda vəziyyətdən istifadə etmir və münaqişə zonalarına, eləcə də münaqişə tərəflərinə öldürücü silahlar satmır. Çin qaynar nöqtələrdəki problemlərin siyasi həllinə sadiqdir və sülh danışıqlarını irəlilətməkdə israrlıdır.
Beynəlxalq vəziyyətin necə dəyişməsindən asılı olmayaraq, Pekin ümid edir ki, Çin-Ukrayna münasibətləri normal inkişaf edəcək və iki xalqa fayda verməyə davam edəcək",- çinli nazir bildirib.