Orban: Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasına dair sazişi tezliklə ratifikasiya edəcək

Orban: Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasına dair sazişi tezliklə ratifikasiya edəcək backend

Macarıstan parlamenti fevralın 26-da açılacaq yaz sessiyasının əvvəlində İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edəcək.

QAZILER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban ölkənin əsas siyasət prioritetləri ilə bağlı çıxışı zamanı deyib.

“İsveçlə bağlı məsələ sona çatmaq üzrədir. İsveçin Baş naziri ilə birlikdə etimadın bərpası üçün mühüm addımlar atmışıq. Parlament yaz sessiyasında İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edə bilər. Buna doğru gedirik”, - deyə Orban bildirib.

Macarıstan parlamentinin yaz sessiyası qış tətilindən sonra fevralın 26-da başlayacaq. Hökumət ötən ilin yayında İsveçin NATO-ya qəbulu ilə bağlı qanun layihəsini parlamentə təqdim etmişdi.

Diaspora