Bakı və İrəvan arasında sülh danışıqları... - Şolts

Bakı və İrəvan arasında sülh danışıqları... - Şolts backend

Almaniya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə hazırdır.

QAZILER.AZ  Axar.az-a istinaden  xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts X hesabında yazıb.

“Həm Almaniya, həm də Avropa Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına hər cür dəstəyi verməyə hazırdır. Mən bunu hər iki ölkə ilə aparılan danışıqlarda da vurğuladım”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, fevralın 17-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya kansleri Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

 

Diaspora