Rumıniyanın şərqində yerləşən Navodari və Korbu şəhərləri daşqınlardan əziyyət çəkir. Avtomobillər, dəmir yolları, onlarla ev su altında qalıb.
Ölən və xəsarət alanlar barədə məlumat yoxdur. Yanğınsöndürənlər su altında qalan vətəndaşları xilas edə biliblər. Görülən işlər Rumıniya daxili işlər nazirinin nəzarəti altındadır.