Kiel Dünya İqtisadiyyatı İnstitutunun dəstək izləmə qrupunun rəhbəri Kristof Trebeş hesab edir ki, ABŞ bu ölkəyə maliyyə dəstəyindən imtina edərsə, Avropa ölkələri Ukraynaya hərbi yardımını ikiqat artırmalı olacaqlar.
Qaziler.az bildirir ki, bu barədə “Berliner Zeitung” məlumat yayıb.
O, belə bir qərarın Aİ dövlətləri üçün çağırış və “siyasi iradə məsələsi” olacağını vurğulayıb.
Trebeş əlavə edib ki, Aİ hərbi dəstək çərçivəsində Ukrayna tərəfinə vəd etdiyi 50 milyard avrodan cəmi 35 milyard avronu artıq köçürüb. Kiel Dünya İqtisadiyyatı İnstitutu ABŞ-ın töhfəsini 42 milyard avro olaraq qiymətləndirir.
QAZİLER.AZ