İsrail prezidenti İsxak Hersoq Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə gizli görüş keçirib.
Qaziler.az bildirir ki, bu barədə xəbəri “Axios” portalı məlumatlı mənbələrə istinadən yayıb.
Məlumatda deyilir ki, görüşün məqsədi Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən əsir götürülmüş girovların azad edilməsi üçün danışıqları müzakirə etmək olub.
Məsələ ilə bağlı məlumatı olan mənbələr təsdiq edir ki, İsrail prezidenti konfransda bəzi azad edilmiş girovlar və onların ailələri ilə iştirak edib. Bu, danışıqların əhəmiyyətini vurğulamaq və onlara daha geniş kontekst vermək məqsədi daşıyır.
“Ümid var ki, HƏMAS daha konstruktiv danışıqlara hazır olacaq”, - adının açıqlanmasını istəməyən yüksək rütbəli İsrail rəsmisi deyib.
Resursun məlumatına görə, bu görüş Qəzza zolağında girovlarla bağlı çətin vəziyyətin həlli üçün növbəti addım olub. Çətinliklərə baxmayaraq, tərəflər kompromis və münaqişənin sülh yolu ilə həlli axtarışında danışıqları davam etdirir.
QAZİLER.AZ