Aleksey Navalnının ölümü ilə bağlı həkimlərin və məhkəmə-tibb ekspertlərinin yekun məlumatı və açıqlaması yoxdur.
Qaziler.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Həkimlərin heç bir açıqlaması, məhkəmə-tibb ekspertlərinin məlumatı, Federal Penitensiar Xidmətin yekun məlumatı, ölümün səbəbləri barədə heç bir məlumat yoxdur”, - Kreml rəsmisi bildirib.
Bundan əvvəl Peskov bildirib ki, Navalnının ölümü ilə bağlı Rusiya prezidenti Vladimir Putin artıq məlumatlandırılıb.
QAZİLER.AZ