Rusiyanın hava və kosmosdakı obyektləri hədəfə alaraq məhv etməyə imkan verən silahları var.
Qaziler.az xəbər verir ki, bu məlumatı Rusiya Hərbi Hava Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri Komandanlığının zenit-raket qoşunlarının keçmiş rəisi, ehtiyatda olan polkovnik Sergey Xatılev “NEWS.ru”ya bildirib. Onun sözlərinə görə, söhbət ABŞ-ın iddia etdiyi nüvə silahlarından yox, kinetik və elektromaqnit silahlarından gedir.
“Hazırda elektromaqnit və kinetik silahlardan danışırıq. A-235 “Nudol” raketdən müdafiə sistemi sınaqdan keçirilib. Bu şəkildə işləyir: kinetik təsir peyki sıradan çıxarır. Heç bir nüvə silahına ehtiyac yoxdur. Kosmosda bir qrup peyki nüvə silahı ilə məhv etmək dəlilikdir" – polkovnik deyib.
Ekspert xatırladıb ki, kosmosda nüvə silahından istifadə ciddi nəticələrə gətirib çıxaracaq, o cümlədən Rusiyanın özü üçün.
QAZİLER.AZ