Ukraynaya məxsus PUA Rusiya ərazisi üzərində ələ keçirilib

Ukraynaya məxsus PUA Rusiya ərazisi üzərində ələ keçirilib backend

Rusiyanın Bryansk vilayətində hava hücumundan müdafiə sistemi Ukraynaya məxsus pilotsuz uçuş aparatını ələ keçirib.

Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bu haqda qubernator Aleksandr Boqomaz teleqram kanalında bildirib. Onun sözlərinə görə, Uneçi rayonu üzərində təyyarə tipli PUA məhv edilib.

“Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən Uneça bölgəsi üzərində təyyarə tipli kəşfiyyat pilotsuz uçuş aparatı məhv edilib. Tələfat və dağıntı olmayıb. Hadisə yerində operativ əməliyyat sistemi işləyir”, - o yazıb.

QAZİLER.AZ

Diaspora