Vaşinqton və Brüssel müxalifət lideri Aleksey Navalnının Rusiya koloniyasında ölümündə günahkardır.
Qaziler.az xəbər verir ki, bun Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin teleqram kanalında qeyd edib.
O, bildirib ki, səbəbi məhkəmə-tibb ekspertləri və istintaq təsbit edəcək, “amma siyasətçinin ölümü kimə sərfəlidir?” sualını verib.
"Onların hamısı, adları hamıya məlumdur: NATO-nun baş katibi Yens Stoltenberq və ABŞ rəhbərliyindən tutmuş Almaniya kansleri Olaf Şolts, Britaniya Baş Naziri Rişi Sunak və Ukrayna Prezidenti Volodimir Zelenskiyə qədər - Navalnının ölümünün səbəbkarları. Məhz onlar çoxlu uğursuz qərarlar qəbul edib öz mövqelərinə yapışıblar və onun ölümündən faydalanırlar”, - Volodin hesab edir.
QAZİLER.AZ