İsrail Qəzza zolağında hərbi əməliyyatlar zamanı fələstinli mülki əhalinin tələfatının qarşısını almaq üçün daha çox iş görməlidir.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Kamala Harris Münhen Təhlükəsizlik Konfransında bildirib.
Onun verdiyi məlumata görə, Vaşinqton regiona humanitar yardımın çatdırılması məsələsində qətiyyətli olub.
“Biz açıq şəkildə bildirdik ki, çoxlu sayda günahsız fələstinli öldürülüb və İsrail günahsız insanları daha yaxşı qorumağa çalışmalıdır. Biz baş verənlərin gedişatını izləyirik”, - Harris bildirib.
QAZİLER.AZ