Baydeni əqli qabiliyyət testindən keçməyə çağırıblar

Baydeni əqli qabiliyyət testindən keçməyə çağırıblar backend

Ağ Evin keçmiş həkimi, konqresmen Ronni Cekson ABŞ-nin hazırkı Prezidenti Co Baydenin idarəçilik qabiliyyətini təsdiq edəcək koqnitiv qabiliyyət testindən keçməsini tələb edib.

“Mən Prezident Baydenin tibbi yoxlanışının bir hissəsi kimi koqnitiv testdən keçməsi üçün mətbuatdan dəstək gözləyirəm”, - deyə Cekson bildirib.

Konqresmen əlavə olaraq qeyd edib ki, əgər Bayden ABŞ-ni idarə etməyə qadir olduğuna inanırsa, bunu obyektiv məlumatlarla sübut etməlidir.

Mənbə: Gazeta.ru / Oxu.az

Diaspora