Yüngül mühərrikli təyyarə Meksikanın Puerto Eskondido şəhəri yaxınlığındakı çimərliyə təcili eniş edib və bir nəfərin ölümünə səbəb olub.
Qaziler.az bildirir ki, təfərrüatlar barədə 6to Vision portalı məlumat yayıb.
Hadisə günorta saatlarında baş verib. Məlum olub ki, “Skydive Puerto Escondido Cessna 208”də paraşütlə tullanmaya hazırlaşan 17 əcnəbi olub. Naməlum səbəblərdən təyyarə yerli Bakoço çimərliyinə enib.
Aydın olur ki, bort əvvəlcə yüngül avtomobillə toqquşub, daha sonra çimərlikdə istirahət edən bir qrup şəxsə doğru irəliləyib . Təyyarə həyat yoldaşının gözü qarşısında 62 yaşlı kişini vuraraq öldürüb. Cessna-nın sərnişinləri və ekipajı da daxil olmaqla daha bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
Aviasiya orqanları qəzanın səbəbini müəyyən etmək üçün araşdırmalara başlayıb. İlkin məlumatlara görə, təyyarənin mühərrikində nasazlıq yarana bilər.
QAZİLER.AZ