Qazaxıstanda azyaşlı uşaqlara işgəncə verib, bıçaqlayan şəxs saxlanılıb

Qazaxıstanda azyaşlı uşaqlara işgəncə verib, bıçaqlayan şəxs saxlanılıb backend

Qazaxıstanın Almatı vilayətinin Jambil rayonunda naməlum şəxs dörd azyaşlı uşağa hücum edib, şübhəli şəxs saxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə Kazinform agentliyinin müxbiri xəbər verir.

Sosial şəbəkələrdə uşaqlara hücumu əks etdirən video yayılıb. Bildirilir ki, Jambil rayonunun kəndlərindən birində naməlum şəxs 4 azyaşlı uşağı bağlayıb, döyüb, işgəncə verib və bıçaqlayıb.

Region polisinin rəisi Bauırjan Alenov bildirib ki, Cambil vilayətində azyaşlı uşaqlara hücumda şübhəli bilinən şəxs tutulub. Hazırda o, rayon polis idarəsinin müvəqqəti saxlama təcridxanasına yerləşdirilib və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"Saxlanma əməliyyatı Almatı vilayətinin Karasay rayonunda keçirilib. İstintaqın gedişi mənim şəxsi nəzarətimdədir. Qazaxıstan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinin müddəalarına görə digər məlumatlar açıqlanmır”, - Almatı Vilayət Polis İdarəsinin rəisi bildirib.

QAZİLER.AZ

Diaspora