İsrail-Livan sərhədində "Hizbullah" və "Amal" hərəkatından 7 nəfər öldürülüb

İsrail-Livan sərhədində "Hizbullah" və "Amal" hərəkatından 7 nəfər öldürülüb backend

Livanın cənubunda İsrail ordusu ilə toqquşmalarda 4 "Hizbullah" üzvü və 3 Şiə Əməl Hərəkatı üzvünün öldürüldüyü bildirilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, "Hizbullah" və onun Livandakı müttəfiqi "Amal Hərəkatı" İsrail-Livan sərhədində İsrail qüvvələri ilə toqquşmalarla bağlı açıqlama verib.

Açıqlamada Livanın cənubunda baş verən qarşıdurmalarda "Hizbullah" üzvləri Məhəmməd Əli Dərviş, Mustafa Hıdır Kəsir, Abbas Əli Mehdi və Abdulkerim Samhatın həyatını itirdiyi qeyd edilib.

Sözügedən qarşıdurmalarda Amal Hərəkatından Əli İsa, Məhəmməd Səid və Kadım Nizarın həlak olduğu bildirilib.

2023-cü il oktyabrın 8-dən etibarən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda həlak olan Hizbullah üzvlərinin sayı 205-ə, Əməl Hərəkatı üzvlərinin sayı isə 11-ə yüksəlib.

Bundan əlavə, toqquşmalarda 12 Fələstin İslami Cihad Hərəkatı və 12 Həmas Hərəkatı üzvü, həmçinin 41 Livanlı mülki şəxs, 1 əsgər, 2 Livan təhlükəsizlik işçisi, 6 İsrail vətəndaşı və 11 İsrail əsgəri həyatını itirib.

QAZİLER.AZ

 

Diaspora