Rusiyanın Kalininqrad vilayətində İstintaq Komitəsi məktəblilərin kütləvi zəhərlənməsi hadisəsini araşdırır.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, mövcud məlumata görə, fevralın 15-də 23 tələbə zəhərlənmə ilə həkimlərə müraciət edib, onlardan 6-sı xəstəxanaya yerləşdirilib.
Məlumata görə, xəstəxanaya yerləşdirilən məktəblilərdə naməlum toksik maddə ilə zəhərlənmə əlamətləri müşahidə olunub.
Hadisənin baş vermə şəraiti müəyyən edilir, araşdırma aparılır.
QAZİLER.AZ