Hadisə Rusiya Federasiyasının tərkibindəki Mordoviya Respublikasında baş verib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, ağlayan oğlunun ağzını "skotç"la bağlayan Mordoviya sakininə qarşı cinayət işi açılıb.
İstintaq Komitəsi ağlayan iki yaşlı oğlunun ağzını "skotç"la bağlayan Mordoviya sakininə qarşı artıq cinayət işi açıb. Daxili İşlər Nazirliyinin respublika üzrə mətbuat xidmətindən verilən məlumata görə, uşaq ailədən alınıb.
"Oğlan yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış müəssisəyə yerləşdirilib. Hadisə ilə bağlı qəyyumluq və himayəçilik orqanlarına məlumat verilib", - Daxili İşlər Nazirliyindən bildirilib.
26 yaşlı sakinə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə “Yetkinlik yaşına çatmayan uşağın tərbiyəsi üzrə öhdəlikləri yerinə yetirməmək” maddəsi ilə cinayət işi başlanıb.
İstintaq müəyyən etdiyi kimi, ana sistemli olaraq uşağa qarşı nalayiq ifadələr işlədib və oğlanı küncə qoyub. Bundan əlavə, tibb müəssisəsində qeydiyyatda olan körpənin müalicəsi üçün həkimlərin göstərişlərinə əməl etməyib.
QAZİLER.AZ