Ukrayna uğrunda gedən döyüşlərdə Çexiya vətəndaşı həlak olub. O, Ukrayna Silahlı Qüvvələrinin sıralarında könüllü vuruşub.
Qaziler.az RBC-Ukrayna -ya istinadən xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Daniel Dreyk bildirib.
“Mən təsdiq edə bilərəm ki, Çexiya vətəndaşı həftə sonu Avdiivka yaxınlığında dünyasını dəyişib”, - Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Çexiya vətəndaşının ölümü ilə bağlı məlumatlar daha əvvəl sosial şəbəkələrdə yayılmışdı.
Ümumilikdə, Çex Respublikasının Xarici İşlər Nazirliyi Ukrayna ərazisində döyüşlərdə iştirak edən dörd Çexiya vətəndaşının ölümünü qeydə alıb.
İlk çex 2022-ci ilin iyununda Donbasda Rusiya ordusu ilə döyüşlər zamanı həlak olub. Keçən ilin martında ikinci könüllü ölüb. İki ay sonra Donbasda qəlpələrdən ağır yaralanan və sonra Praqa Mərkəzi Hərbi Hospitalına köçürülən "Feniks" layihəsinin yaradıcısı, çexiyalı həkim ölüb.
QAZİLER.AZ