Şahzadə Harri və xanımı Meqan Markl Kral III Çarlzın xəstəliyi xəbərindən sonra ilk dəfə ictimaiyyət arasına çıxıblar.
Qaziler.az xəbər verir ki, cütlüklərin fotoları “Daily Mail” saytında dərc olunub.
Sasseks hersoqları Sevgililər Gününü Kanadadakı “Whistler-Blackcomb” xizək kurortunda keçiriblər. Cütlük oraya döyüş meydanında yaralanan və ya əlil olan hərbi qulluqçular üçün keçirilən beynəlxalq müsabiqə “Invictus Games”in reklamına çəkilməyə gəlib.
QAZİLER.AZ