Kanadalı bir qadın, tualetə çox getdiyi üçün təyyarədən qovulduğunu söyləyib.
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu haqda məlumatı “Complex” nəşri yayıb.
Coanna Çiu Meksikadan Kanadaya uçmaq üzrə olub. Qadının sözlərinə görə, uçuşdan əvvəl mədəsi pisləşib, lakin biletini qaytarmayıb. Sərnişin təyyarəyə mindikdən sonra havaya qalxmazdan əvvəl bir neçə dəfə tualetə gedib və bu onun reysdən çıxarılmasına səbəb olub.
O, sosial mediada "mədəm narahat olduğu və uçuşdan əvvəl çox tualetə getdiyim üçün reysdən qovuldum" şərhini yazıb.
Bundan əlavə, Çiu ona otel otağı və ya başqa reys üçün bilet təklif olunmadığını da bildirib.
QAZİLER.AZ