Avropa Ukraynanın yenidən qurulmasının dəyərini açıqlayıb

Avropa Ukraynanın yenidən qurulmasının dəyərini açıqlayıb backend

Avropa Komissiyasının üzvləri digər təşkilatlardan olan həmkarları ilə birlikdə münaqişə bitdikdən sonra Ukraynanın bərpasına çəkilən xərcləri hesablayıblar.

Qaziler.az bildirir ki, bu barədə TASS Avropa Komissiyasının bəyanatına istinadən xəbər verir.

Qeyd olunub ki, məbləğ təqribən 453 milyard avro təşkil edir, halbuki ölkəyə dəymiş ziyanın qiymətləndirilməsi Ukrayna hakimiyyəti, Dünya Bankı, Avropa Komissiyası və BMT tərəfindən aparılıb.

“31 dekabr 2023-cü il tarixinə olan məlumatlara görə, Ukraynanın növbəti onillikdə yenidən qurulması və bərpasına çəkilən ümumi xərclər 486 milyard dollar (452,8 milyard avro) təşkil edəcək”, - AK-nin bəyanatında deyilir.

QAZİLER.AZ

Diaspora