Macarıstan Aİ-nin sanksiyalar paketini bloklayıb

Macarıstan Aİ-nin sanksiyalar paketini bloklayıb backend

Macarıstan Avropa İttifaqının Rusiyanın Ukraynaya hərbi hücumunun başlamasının ikinci ildönümünə təsadüf etməyi planlaşdırdığı 13-cü anti-Rusiya sanksiyalar paketinin qəbuluna mane olub.

Qaziler.az xəbər verir ki, məlumatı “Financial Times” yayıb.

Nəşrin mənbələrinə görə, Budapeşt bu dəfə Çinə qarşı qoyulan məhdudiyyətlərlə razılaşmayıb.

Jurnalistlərin sözlərinə görə, Macarıstan nümayəndəsi təkliflərin məzmununu təhlil etmək üçün bir az daha vaxt istəyib. Gələn həftə müzakirələr davam edəcək.

Rəsmilərdən biri macarların Çin şirkətlərinə görə razılaşmadığını bildirib.

QAZİLER.AZ

Diaspora