Avropa İttifaqı ölkələrinin səfirləri Ukraynaya 50 milyard avro məbləğində yardım göstərmək üçün lazım olan sənədləri razılaşdırıblar.
Qaziler.az xəbər verir ki, “Financial Times” nəşrinin məlumatına görə, razılaşdırılmış mətn indi Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir. Kiyevin martın əvvəlindən vəsait almağa başlayacağı gözlənilir.
Fevralın 1-də Aİ-yə üzv ölkələrin liderləri Brüsseldə keçirilən sammitdə Kiyevə uzunmüddətli büdcə yardımının ayrılmasını təsdiqləyiblər. Proqram orta hesabla ildə 12,5 milyard avro olmaqla 2024-2027-ci illər üçün nəzərdə tutulub ki, bu da Ukraynanın büdcə vəsaitlərinin 2023-cü il səviyyəsi ilə müqayisədə 1,5 dəfə azalması deməkdir.
Macarıstan artıq qəbul edilmiş qərara qarşı çıxıb. Baş nazir Viktor Orban bəyan edib ki, Ukrayna münaqişəsi yalnız atəşkəs və danışıqlar yolu ilə həll edilə bilər. Başqa yol yoxdur, deyir. Buna görə də Budapeşt Kiyevə vəsaitin ayrılmasına qarşı çıxıb, çünki bu, məsələnin məhz “hərbi həlli” deməkdir.
QAZİLER.AZ