Almanlar Ukraynanın Aİ-yə daxil olmasına qarşı çıxır

Almanlar Ukraynanın Aİ-yə daxil olmasına qarşı çıxır backend

“Bertelsmann Stiftung” Fondunun mütəxəssisləri Almaniyada növbəti ictimai rəy sorğusu keçiriblər. Onların məlumatlarına görə, Almaniya vətəndaşlarının 52%-i Ukraynanın Avropa İttifaqına daxil olması təşəbbüsünü dəstəkləmir.

Qaziler.az bildirir ki, bu haqda “RİA Novosti” fondun mətbuat xidmətinə istinadən yazır.

Bundan əlavə, respondentlərin 69%-i hesab edir ki, Ukraynanın bərpası iqtisadi yükə çevriləcək, 47%-i Kiyevin silahla dəstəklənməsinin əleyhinədir.

Həmçinin, sorğu iştirakçılarının 64%-i Almaniyanın ukraynalı qaçqınları qəbul etməyə davam etməsi fikrini dəstəkləyib.

Fondun analitikləri vurğuladılar ki, bütövlükdə Avropa İttifaqının 60% üzvü Ukraynanın təşkilata qoşulması ideyasını dəstəkləyir. Onlar qeyd ediblər ki, Almaniya bu məsələyə ən sərt münasibət göstərir.

QAZİLER.AZ

Diaspora