Peskov HƏMAS-ın girov saxladığı Rusiya vətəndaşları ilə bağlı açıqlama verdi

Peskov HƏMAS-ın girov saxladığı Rusiya vətəndaşları ilə bağlı açıqlama verdi backend

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Fələstin-İsrail münaqişəsinin gərginliyi fonunda girovluqda olan rusların azad edilməsi üçün əlaqələri davam etdirir.

Qaziler.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” sitat gətirib.

"Biz əlaqələrimizi davam etdiririk", - Peskov deyib.

Peskov qeyd edib ki, əsas odur ki, bütün tərəflərlə əlaqə davam etsin ki, girov olan ruslar azad edilsin və onların təhlükəsizliyi təmin edilsin.

"Ümid edirik ki, bu baş verəcək, baxmayaraq ki, təmaslar asan deyil", - Peskov bildirib.

Bundan əvvəl Peskov bildirib ki, Moskva Qəzza zolağında HƏMAS yaraqlıları tərəfindən saxlanılan israilli girovların azad edilməsinə və radikal hərəkatla İsrail arasında atəşin dayandırılmasına səbəb olacaq istənilən hərəkəti dəstəkləməyə hazırdır.

QAZİLER.AZ

Diaspora