ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Konqres tərəfindən səslənən milli təhlükəsizliyə təhdid fonunda bildirib ki, amerikalıların təhlükəsizliyini təmin etmək mümkün deyil, lakin dövlət başçısı Co Bayden bunun öhdəsindən gələ biləcək.
Qaziler.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.
“Bu suala birbaşa “bəli” cavabı vermək mümkün deyil, çünki amerikalılar anlayırlar ki, dünya terrorizmdən tutmuş xarici ölkələrə qədər hər gün bir sıra çağırışlar və təhdidlərlə üzləşir”, - qeyd edən Sallivan “ABŞ vətəndaşlarının narahat olacağı heç bir şey yoxdur” deyib.
O, Baydenin amerikalıların və ABŞ-nin təhlükəsizliyini qoruyacağına əminliyini ifadə edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi konqresmenləri “milli təhlükəsizliyə ciddi təhdid” barədə məlumatlandırıb.
QAZİLER.AZ