İsrail ordusu Qəzza zolağının cənub şəhəri olan Rəfaha hücum edəcək və qələbə qazanana kimi döyüşəcək.
Qaziler.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu “Telegram” kanalında bildirib.
“Biz tam qələbəyə qədər döyüşəcəyik və bu, mülki vətəndaşların döyüş bölgələrini tərk etməsinə icazə verdikdən sonra Rəfahda güclü hərəkatı əhatə edir”, - Netanyahu bildirib.
Netanyahu həmçinin bildirib ki, qalan israilli girovların azad edilməsinin açarı hərbi əməliyyat və “sərt diplomatiya” olmalıdır.
QAZİLER.AZ