Rusiya “NATO üçün sınaq” hazırlayır - Estoniya

Rusiya “NATO üçün sınaq” hazırlayır - Estoniya backend

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib ki, Rusiya Alyansı sınaqdan keçirmək qərarına gəlməzdən əvvəl NATO ölkələrinin müdafiəsini gücləndirmək üçün “üç-dörd il” vaxtı var.

Qaziler.az bildirir ki, “Associated Press” agentliyi onun sözlərini Varşavaya səfəri zamanı mətbuat konfransında çıxışına istinadla xəbər verir.

Onun sözlərinə görə, Estoniya Ukraynadakı hadisələrə görə Rusiyaya Baltikyanı ölkələr üçün birbaşa təhlükə kimi baxmır.

Tsaxna deyib ki, Estoniya hökuməti hesab edir ki, Moskvaya “NATO üçün sınaq” hazırlamasına “3-4 il” lazım ola bilər. Onun nöqteyi-nəzərindən, Rusiyanın potensial hücumu zamanı ən çox ehtimal olunan hədəflər Estoniya, Litva və Latviya olacaq.

QAZİLER.AZ

Diaspora