Rusiya Xarici İşlər Nazirliyi Özbəkistanın Moskvadakı səfiri Botirjon Əsədovu çağıraraq etirazını bildirib.
Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bu barədə departamentin mətbuat xidməti xəbər verib.
Məlumatda qeyd edilib ki, diplomata Respublika Jurnalistika Universitetinin rektoru Şerzod Kudratxocayevin öz ölkəsinin özbək dilini bilməyən sakinlərinə qarşı sərt açıqlamalarına görə etiraz edilib.
Rusiya Xarici İşlər Nazirliyinin vurğuladığı kimi, Əsədov dövlət dilini bilməyən Özbəkistan sakinlərini son dərəcə “təhqiredici və qəbuledilməz formada” xarakterizə edib. Departament əlavə edib ki, xaricdən və ya daxildən hər iki dövlətin xalqları arasında çəkişmə cəhdləri uğursuzluğa məhkumdur.
QAZİLER.AZ