Rusiya istənilən çağırışa, o cümlədən yeni qlobal epidemiyaların alovlanması təhlükəsinə hazır olmalıdır.
Qaziler.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, ölkənin bu məsələdə özünü təmin etməsi lazımdır. Bunun üçün onun güclü suveren elmi-texnoloji bazası və infrastrukturu, bir sıra maddələri, avadanlıq və komponentləri olmalıdır.
Əhəmiyyətli nailiyyətlərimiz var, lakin biz, əlbəttə ki, irəli getməli, bu işi davam etdirməli və keyfiyyətcə yeni səviyyədə, özünütəminliyi artırmalı, tibbi texnologiyanın inkişafının əsas sahələrində qlobal liderlərə çevrilməli və istənilən çağırışa, o cümlədən yeni qlobal epidemiyaların baş verməsi təhlükəsinə hazır olmalıyıq”, - Putin bildirib.
QAZİLER.AZ