Oktyabrın 10-da Ankarada törədilmiş dəhşətli terror aktı ilə bağlı bəzi hüquq-mühafizə orqanları rəhbərləri barəsində araşdırma başlanılıb.
Lent.az xəbər verir ki, Ankaranın “Gənclik” meydanında 97 nəfərin ölümünə səbəb olan hadisə ilə bağlı şəhər polis idarəsinin rəisi, kəşfiyyat idarəsinin rəisi və şəhər təhlükəsizlik şöbəsinin müdiri vəzifədən azad edilib.Türkiyə Daxili İşlər Nazirliyindən verilən açıqlamada işdən azad edilən şəxslər barəsində araşdırma aparıldığı, onların vəzifələrinin müvəqqəti olaraq digər əməkdaşlara tapşırıldığı bildirilib.