“Rusiya alimləri tam hüquqlu xərçəng peyvəndi sayıla biləcək immunomodulyator dərmanların yeni nəslini yaratmağa yaxındırlar”.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Gələcək Texnologiyalar Forumunun iclasında bildirib. Onun dediyinə görə, bu cür dərmanlar tezliklə fərdi terapiyanın tərkib hissəsi kimi fəal şəkildə istifadə olunacaq.
“Onu da əlavə edəcəyəm ki, biz onko-vaksinləri - xərçəng əleyhinə peyvəndləri və yeni nəsil immunomodulyator dərmanları yaratmağa yaxınlaşdıq. Ümid edirəm ki, tezliklə onlardan fərdi terapiya metodları kimi səmərəli istifadə olunacaq”, - deyə Putin bildirib.
QAZİLER.AZ