Ukrayna hakimiyyəti Kiyevə səfəri zamanı Fransa prezidenti Emmanuel Makrona sui-qəsd planlaşdırır.
Qaziler.az xəbər verir ki, bu məlumatı “France 24” telekanalı “Twitter”də (X) sosial şəbəkəsində yazıb.
Telekanal Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıya yaxın olduğu iddia edilən mənbənin mümkün sui-qəsd cəhdi ilə bağlı yazışmalarının skrinşotlarını nümayiş etdirib.
“France 24” telekanalının məlumatına görə, plan Ukraynadakı vəziyyətə diqqət çəkmək və Qərbdən yardımı artırmaq üçün hücumun məsuliyyətini Rusiyanın üzərinə atmaq olub. Skrinşotlardan belə çıxır ki, əməliyyata hazırlıq Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov tərəfindən əlaqələndirilib. Məlumatı fransızlara ötürən Zalujnıya görə sui-qəsd planının iflasa uğradığı, Makronun Kiyev səfərini bu səbəbdən ləğv etdiyi qeyd edilir.
Qeyd edək ki, Fransa prezidenti fevralda Ukraynaya planlaşdırdığı səfərini ləğv edib. Xarici mətbuatın məlumatına görə, qərar təhlükəsizlik səbəbi ilə verilib.
QAZİLER.AZ