ABŞ-da Corc Vaşinqtonun portreti oğurlanıb

ABŞ-da Corc Vaşinqtonun portreti oğurlanıb backend

Kolorado ştatında  ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun portreti itib.

Qaziler.az-ın məlumatına görə,  bu barədə Denver Federal Təhqiqat Bürosu X şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Vaşinqtonun portreti 19-cu əsrin əvvəllərində çəkilib.

Rəsmin harada olduğu barədə hər hansı məlumat üçün polis iki min dollara qədər mükafat təklif edir.

Portretin tarixi əhəmiyyəti var. 1796-cı ildə Amerika rəssamı Gilbert Charles Stuart tərəfindən çəkilmişdir. Rəssam Stüart sağlığında Corc Vaşinqtonun bir neçə portretini çəkib, lakin bu portret dollar əskinasındakı Vaşinqtonun portretini yaratmaq üçün istifadə edilib. Stüart sağlığında onun 130 nüsxəsini çıxarıb.

QAZİLER.AZ

Diaspora