Sankt-Peterburqda yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən anbar yanıb.
Qaziler.az bildirir ki, hadisə şahidinin lentə aldığı videonu “Mash” Telegram kanalı yayıb.
Kadrlarda yanğına baş vermiş bina və “propan - təhlükəlidir” işarəsi olan maşının ərazini tərk etməsi görünür.
Kanal qeyd edir ki, video çəkilən zaman fövqəladə hadisə yerində yanğınsöndürmə idarəsinin əməkdaşları olmayıb. Zərərçəkənlər barədə məlumat verilmir.
QAZİLER.AZ