Aİ Şimali Koreyaya sanksiyalar tətbiq etməyi təklif edir - Bloomberg

Aİ Şimali Koreyaya sanksiyalar tətbiq etməyi təklif edir -  Bloomberg backend

Avropa İttifaqı Şimali Koreyaya Ukraynaya qarşı istifadə edilən raketləri Rusiyaya verdiyinə görə sanksiyaların tətbiqini təklif edib.

Qaziler.az bildirir ki, bu barədə "Bloomberg" xəbər verir.

Avropa İttifaqı Şimali Koreyanın müdafiə nazirinin və Şimali Koreyanın ballistik raket proqramına nəzarət edən dövlət qurumu olan Baş Raket Bürosunun siyahıya daxil edilməsini təklif edib.

Bloomberg tərəfindən təqdim edilən Aİ sənədində deyilir: “Şimali Koreya tərəfindən hazırlanmış və istehsal edilmiş ballistik raketlər Rusiya silahlı qüvvələri tərəfindən Ukraynaya qarşı istifadə edilmişdir".

Nəşr qeyd edir ki, Şimali Koreya Rusiyanı yüz minlərlə artilleriya sursatı ilə də təmin edib. Bu dəstək sayəsində Rusiya öz sursat istehsalını Ukraynanın müttəfiqlərindən aldığından qat-qat artıq artıra bildi.

QAZİLER.AZ

 

Diaspora